"İran yenə də Fəxrizadə kimi alimlər yetişdirəcək"
Sionist rejimin "Haaretz" qəzeti bir reportajda yazıb: "İran İslam Respublikası yənə də Fəxrizadə kimi alimlər tərbiyə edəcək".
SəhərAzəri xəbər verir, Sionist rejimin "Haaretz" qəzeti bir reportajda iranlı nüvə alimi şəhid Mühsün Fəxrizadənin terroruna toxunaraq, yazıb: "İranın nüvə proqramı minlərlə mühəndis və texnoloqa sahibdir ki, onların hamısı Fəxrizadənin yetirmələridirlər və onların inkişaf yolu əvvəlcədən müəyyən edilib. Odur ki, belə əməliyyatlara baxmayaraq, bu proqram bu alimsiz də öz inkişaf yolunu davam etdirəcək".
Sözü gedən qəzet, həmçinin ABŞ prezidenti Donald Tramp və sionist rejimin baş naziri Benyamin Netanyahunun regionda gərginliyi artırmaq üçün düşünülmüş səylərini də vurğulayıb.
Eyni zamanda sionist rejimin baş naziri Benyamin Netanyahu özünün həftəlik işləri ilə əlaqədar bir video yayaraq, deyib: "Bu həftə etdiyim işləri siyahısını sizinlə paylaşmaq və sizə Yaxın Şərqdə bir şeyin baş verdiyini və bizi qarşıda gərgin bir dövrün gözlədiyini demək istərdim".
Sionist rejim mediası da Netanyahunun bu mövzuda açıq bir mövqe tutmaqdan imtina etdiyini bildiriblər.