Noy 29, 2020 13:34 Asia/Baku
  • Azərbaycan Respublikasında doktor Fəxrizadənin şəhadətinə reaksiyalar

İranın müdafiə sənayesi alimi doktor Fəxrizadənin namərdcəsinə terrorundan sonra Azərbaycan Respublikasındakı ictimai və siyasi fəallarından ibarət qruplar bu hərəkəti pisləyərək, sionist rejimin bu məsələdə məsuliyyət daşıdığını bildiriblər.

SəhərAzəri xəbər verir, Azərbaycan Respublikası Ziyalılar Birliyinin baş katibi Eldəniz Quliyev bu haqda deyib: Məlum oldu ki, nüvə sənayesindən dincməqsədli istifadə bəzilərinin xeyrinə olmayaraq, onların narahatlığına səbəb olur.

İran İslam Respublikasının müdafiə aliminin terror edilməsini pisləyən Quliyev vurğulayıb: Bilmək lazımdır ki, terror vəhşicəsinə hərəkətdir və 21-ci əsrdə bir alimə qarşı vəhşicəsinə hərəkət heç bir meyarla uyuşmur və bu terror bir alimə qarşı deyil, bütün dünyaya qarşı bir hərəkətdir.

Qeyd edək ki, virtual mühitdə də ictimai şəxsiyyətlər və adi insanlar bu cinayətin amillərilə qətiyyətlə davranılması və bununla bağlı sərt intiqamın alınmasını tələb ediblər.

Sosial şəbəkələrin istifadəçiləri yazıblar: Şəhid Fəxrizadənin pak qanının intiqamını alacaqlar və hər dəfə bir terrorun törədilməsi sionizmin aciz qaldığını göstərir.

Teqlər