Noy 30, 2020 11:17 Asia/Baku
  • Şəhid Fəxrizadənin cənazəsi İmamzadədə Saleh hərəmində torpağa tapşırıldı

Ölkəmizin nüvə və müdafiə alimi Şəhid Möhsün Fəxrizadənin dəfn mərasimi İmamzadədə Saleh hərəmində bir qrup dövlət və hərbi məmurun iştirakı ilə keçirilib.

SəhərAzəri xəbər verir, İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin Tədqiqat və İnnovasiya Təşkilatının rəhbəri Şəhid Möhsün Fəxrizadənin dəfn mərasimi bazar ertəsi səhər Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin qərargahında şəhid ailəsinin və bir qrup dövlət və hərbi məmurların iştirakı ilə keçirilib.

Ölkəmizin nüvə və müdafiə alimi Şəhid Fəxrizadənin müqəddəs cənazəsi İmamzadə Salehin ziyarətgahında təvaf edilib və sonra naməlum şəhidlər və şəhid Şəhriarinin yanında  torpağa tapşırılıb.

 

Teqlər