Dek 01, 2020 18:30 Asia/Baku
  • Bəzi ölkələrin təmkinliliyə çağırışı İran üçün qəbuledilməzdir

İran Xarici İşlər Nazirliyinin sözçüsü bəzi Avropa ölkələrinin şəhid Mohsen Fəxrizadənin terrorunun ardınca Tehranı təmkinliliyə çağırmaları barədə deyib ki, insan hüquqları iddiasında olan bəzi ölkələrin bəzi kəlmələrdən istifadə etmələri Tehran tərəfindən tənqid olunur.

SəhərAzəri xəbər verir ki, Səid Xətibzadə virtual formada keçirilən mətbuat konfransında deyib: "Çox sayda ölkə Mohsen Fəxrizadənin terror edilməsini pisləyib, amma insan hüquqları iddiaçılarından gözlənilirdi ki, bunu daha möhkəm pisləsinlər, lakin hər halda bu əhvalatın bir ucu onların siyasətlərinə qayıdırdı".

Xətibzadə söyləyib: "Bu ölkələr həmin terror hərəkətini pisləməyə bilməmələri ilə yanaşı, təmkinli olmağa çağırıblar ki, bu ifadə İranın gözləntisindən çox azdır".

Xətibzadə vurğulayıb: "Əgər bu terror hücumunda bir kəsin izləri görünərsə, onun həm amilləri, həm də əmr verənləri cəzalandırılacaqlar və İran amillərə və əmr verənlərə cavabını mütənasib, müstəqil və maksimum ağrı ilə olan formada verəcəkdir".

Teqlər