Azərbaycan Respublikasının Müdafiə Nazirliyi İran tərəfinə başsağlığı verib
Dek 02, 2020 20:09 Asia/Baku
Dekabrın 2-də Azərbaycan Respublikası Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev İran İslam Respublikasının Azərbaycandakı səfirliyini ziyarət edib.
SəhərAzəri xəbər verir, Azərbaycan Respublikasının müdafiə nazirinin müavini İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin Araşdırma və İnnovasiya təşkilatının rəhbəri şəhid Möhsün Fəxrizadənin terror hücumu nəticəsində şəhid edilməsi ilə əlaqədar İranın Bakıdakı səfirliyində açılmış başsağlığı kitabını imzalayıb. O, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi adından İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeriyə, Müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Əmir Hatəmiyə başsağlığı ünvanlayıb.