İraq prezidenti Bərhəm Saleh şəhid Fəxrizadəyə qarşı terroru qınayıb
https://azeri.sahartv.ir/news/İran-i370318-İraq_prezidenti_bərhəm_saleh_şəhid_fəxrizadəyə_qarşı_terroru_qınayıb
İraq prezidenti Bərhəm Saleh İranın müdafiə və nüvə sahəsi aliminin terror edilməsini qınayaraq, deyib: "İraq regionun sabitliyinə qarşı təhdid təşkil edən bütün zorakı hərəkətlərə qarşıdır".
(last modified 2024-10-16T10:36:13+00:00 )
Dek 02, 2020 17:10 Asia/Baku
  • İraq prezidenti Bərhəm Saleh şəhid Fəxrizadəyə qarşı terroru qınayıb

İraq prezidenti Bərhəm Saleh İranın müdafiə və nüvə sahəsi aliminin terror edilməsini qınayaraq, deyib: "İraq regionun sabitliyinə qarşı təhdid təşkil edən bütün zorakı hərəkətlərə qarşıdır".

SəhərAzəri İRİB-ə istinadla xəbər verir ki, İraq prezidenti İran İslam Respublikasının Bağdaddakı səfiri ilə baş tutan görüş zamanı şəhid Fəxrizadəyə qarşı törədilmiş terror aktını qınayıb.

Bu gün səhər saatlarında Bərhəm Salehin görüşünə getmiş İrəc məscidi İranın bütün sahələr üzrə İraqa dəstəyini davam etdirəcəyini vurğulayıb. 

İraq prezidenti də bu görüşdə şəhid Dr. Möhsün Fəxrizadənin terrorunu qınayaraq, deyib: "İraq regionun sabitliyini hədələyən bütün zorakı hərəkətlərə qarşıdır".

"Biz bölgədə sülhün və təhlükəsizliyin tərəfdarıyıq bə bu istiqamətdə bütün ölkələri regionun sabitliyi üçün əməkdaşlıq etməyə çağırırıq", - deyə Bərhəm Saleh əlavə edib.