Dek 03, 2020 16:15 Asia/Baku
  • Ruhani:

İran prezidenti Amerikanın İrana qarşı hərtərəfli iqtisadi savaşına işarə ilə deyib ki, İran xalqı iqtisadi, siyasi və psixoloji savaş qarşısında yaxşı müqavimət göstərdi.

SəhərAzəri xəbər verir, Həsən Ruhani bu gün ölkədə elektrikləşdirmə üzrə 25 layihənin açılışı mərasimində belə qeyd edib: Sanksiyalar nəticəsində xalq çətinliyə düşdü, amma bütün təzyiqlərə rəğmən, heç vax xalq su, işıq və qaz kəsilməsi və ya benzin və kerosin, yaxud da buğda çatışmazlığı ilə üzləşmədi.

Ruhani sonra deyib: Kəskin sanksiyalara baxmayaraq, İran İslam Respublikası koronavirusla mübarizə sahəsində uğurlu bir fəaliyyət göstərə bildi.

İran İslam Respublikasının prezidenti həmçinin hər ay 35 kəndin ümumölkə elektrik şəbəkəsinə qoşulmasına işarə ilə belə qeyd edib: Ölkədə az elektrik istehlak edən insanların otuz faizi işıq pulu ödəməkdən azad olacaq. Tezliklə bu layihə ölkədə qaz və su ilə bağlı da icra olunacaq.

İran prezidentinin iştirakı ilkə video-konfrans formatında keçirilən bu mərasimdə İranın Xuzistan, Xorasane Rəzəvi, Sistan və Bəluçestan vilayətlərində elektrik sənayesi üzrə 25 layihə açılaraq, istifadəyə verilib.

Teqlər