Dek 03, 2020 23:51 Asia/Baku
  • Tehran, AEBA-ya İranın nüvə proqramı ilə bağlı məlumatları yayması barədə xəbərdarlıq edib

İranın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı səfiri və daimi nümayəndəsi Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) tərəfindən İranın nüvə proqramı ilə bağlı ətraflı məlumatların lazımsız dərc olunmasının qrşısının alınması vacibliyini vurğulayıb.

SəhərAzəri xəbər verir, İranın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı səfiri və daimi nümayəndəsi Kazim Qəribabadi AEBA-nın baş direktoruna ünvanladığı məktubda, İranın müdafiə və nüvə sahəsi üzrə bir nömrəli alimi Möhsün Fəxrizadənin terror edilməsinin şəffaf şəkildə və qeyd-şərtsiz qınanılmasına çağırıb. 

Qəribabadi İsrail rejiminin bu terror hücumunda iştirakına və məsuliyyət daşıdığına dair güclü və aydın dəllilərin olduğuna toxunub və deyib: "AEBA və ona üzv ölkələr ən yüksək səviyyədə təftişə məruz qalan, lakin digər tərəfdən alimləri terror edilən və ya terror təhlükəsi ilə üzləşən, nüvə obyektləri hücumla hədələnən və ya təxribata məruz qalan İran qarşısında təcili və əsaslı məsuliyyət daşıyırlar".

Məktubda qeyd olunub ki, Dr. Möhsün Fəxrizadənin terror edilməsi on il əvvəl və 2010, 2011 və 2012-ci illərdə İranın bir neçə nüvə aliminin terror edilməsi ilə başlayan və beynəlxalq ictimaiyyətin və müvafiq beynəlxalq təşkilatların diqqətini tələb edən terror aktlarının davamıdır.

İranın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı səfiri və daimi nümayəndəsi AEBA tərəfindən gizli məlumatların qorunmasının yüksək əhəmiyyətə malik olduğunu bəyan edərək, xatırladıb: "Agentliyin hesabatlarında İranın nüvə proqramı ilə bağlı detallı məlumatların lazımsız dərc edilməsinə son qoyması qəti şəkildə gözlənilir".

Qaribabadi vurğulayıb: "İran İslam Respublikası bu terror aktına cavab olaraq, bütün lazımi tədbirləri görmək üçün BMT nizamnaməsi və beynəlxalq hüquq normaları çərçivəsində özünümüdafiə hüququnu özündə saxlayır".

Teqlər