Dek 08, 2020 12:44 Asia/Baku
  • İranın nüvə anlaşmasındakı mövqeləri dəyişməyəcək

İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib ki, İran İslam Respublikasının nüvə anlaşmasındakı mövqeləri dəyişməyəcək.

SəhərAzəri xəbər verir, Səid Xətibzadə müxbirlərlə virtual şəkildə keçirilən söhbətdə Almaniya xarici işlər naziri Hayko Maasın nüvə anlaşması barədəki son sözləri ilə bağlı bildiribdir ki, nüvə anlaşması bir dəfə müzakirə olunub və BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsində dərc olunmuş mövcud anlaşma dəyişməyəcəkdir.

İranın diplomatiya idarəsinin başçısı vurğulayıb: Nə İran bir dəfə müzakirə olunmuş məsələni bir də müzakirə etməyəcək, nə də ki, 2231 saylı qətnamənin icbariliyindən bir şey azalmayacaqdır.

Almaniya xarici işlər naziri Hayko Maas Ağ Ev-in siyasətlərilə eyni istiqamətli bir ifadədə deyibdir ki, İranla/ Avropanın maraqlarını təmin edəcək əhatəli bir nüvə anlaşmasına ehtiyac var.

«Avropa öz yeri və imkanlarını tanımalı və münasibətlərinin hüdudlarını nəzərə almalıdır» deyən Xətibzadə bildirib ki, Avropa nüvə anlaşmasındakı öhdəliklərinə əməl etməyibdir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb ki, İran öz milli təhlükəsizliyi barədə nə müzakirə, nə də ki, saziş etməyəcək.

O, deyib: İran öz hüquq və məsuliyyətləri ilə tanışdır və qarşı tərəfin də hüquq və məsuliyyətlərini xatırladıbdır.

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi təkidlə bildirib: Maksimum təzyiqlə əldə olunmayan bir şey, digər üsullarla da əldə olunmayacaqdır.

Teqlər