İranın məhkəmə hakimiyyətinin sözçüsü:
"Şəhid Fəxrizadənin terror amillərini müəyyənləşdirməyə çalışırıq"
İran məhkəmə hakimiyyətinin sözçüsü deyib: Şəhid Fəxrizadənin terror amillərini müəyyənləşdirməyə çalışırıq.
SəhərAzəri xəbər verir, Qulam Hüsseyn İsmaili vurğulayıb: İran İslam Respublikası daxili və beynəlxalq səviyyələrdə şəhid alim Möhsün Fəxrizadənin terror edilməsinin bütün amilləri və təşkilatçılarının aşkar edilərək, cəzalandırılmalarınadək lazım olan təqibləri davam etdirəcək.
İsmaili virtual formada keçirilən mətbuat konfransında sonra belə söyləyib: Şəhid Fəxrizadənin terroru barədə silahlı qüvvələrin məhkəmə təşkilatında, həmçinin Tehranın ictimai və inqilab məhkəmələrinin beynəlxalq məsələlər üzrə xüsusi şöbələrində məhkəmə işləri açılıb. Ondan əlavə, qərara alınıbdır ki, beynəlxalq məhkəmə təşkilatları vasitəsilə bu cinayət təqib edilsin.
İran məhkəmə hakimiyyətinin sözçüsü daha sonra deyib: Möhsün Fəxrizadənin şəhid edilməsi cəmiyyətimizdə bir dalğa yaradıbdır ki, general-leytenant Hacı Qasim Süleymaninin şəhadətindən irəli gələn dalğa ilə yanaşı, qəsbkar və terrorçu sionist rejimin, həmçinin dünya imperializminin və mürtəce Amerikanın iştirakına son qoyaraq, regionu onların varlığından təmizləyəcəkdir.