Region ölkələri əmin-amansızlıq gətirən yeni ocaqlar yaratmaqdan çəkinsinlər
İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Azərbaycan Respublikasının xarici işlər naziri ilə görüşdə deyib: Region ölkələri dinc yanaşı yaşama və əməkdaşlıq yolu ilə narahatedici və əmin-amansızlıq gətirən yeni ocaqların yaranmasının qarşısını almalıdırlar.
SəhərAzəri xəbər verir, Əli Şəmxani bu gün Tehranda Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla görüşdə Azərbaycan Respublikası ilə Ermənistan arasında sülhün bərqərar edilməsi və işğal olunmuş ərazilərin bir hissəsinin öz əsas yerinə qayıtmasından sevinc ifadə edərək, İranın texniki-mühəndislik bacarıqları və təcrübələrinə əsasən Azərbaycan Respublikasının azad edilmiş və müharibədən ziyan çəkmiş bölgələrinin bərpa edilməsində iştiraka maraqlı olduğunu elan edib.
Şəmxani bildirib ki, Tehran-Bakı əlaqələri mümkün olan ən yüksək səviyyəyə qaldırılmalıdır. O, sonra deyib: Birgə layihələrin başa çatdırılması, ikitərəfli müqavilələrin icrası və müxtəlif sahələrdə yeni əməkdaşlıqların başlanması daha ciddi səylər tələb edir.
İran Ali Milli Təhlükəsizlik Şurasının katibi həmçinin ABŞ-sionist rejim-İŞİD militarist-terrorist üçbucağının şər hərəkətlərini bəyan edərək, onların Qərbi Asiya bölgəsi xüsusiyyət təşkil etməklə dünyanın hər bir nöqtəsindəki iştirakını xəsarət gətirən və bohran yaradan, onların bölgədən çıxmalarını isə sabitlik və asayişə səbəb olacaq amil adlandırıb.
Azərbaycan Respublikasının xarici işlər naziri də bu görüşdə İran İslam Respublikasının prinsipial siyasətinə, həmçinin İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xameneinin Qarabağ böhranına və bu bölgənin işğalına son qoyulmasına dair alimanə mövqeyinə görə təşəkkür edib.
Tehran-Bakı əlaqələri və əməkdaşlıqlarının inkişaf etdirilməsi vacibiliyini vurğulayan Ceyhun Bayramov Azərbaycan Respublikasının müxtəlif sahələrdə qarşılıqlı münasibətlər səviyyəsini yüksəltməyə hazır olduğunu bildirib.
Bayramov bundan öncə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və İran İslam Respublikasının prezidenti Həsən Ruhani ilə görüşübdür.