Dek 10, 2020 10:47 Asia/Baku
  • İranın Bağdaddakı səfiri İraq xalqı və dövlətini İŞİD üzərində qələbənin ildönümü münasibətilə təbrik edib

İran İslam Respublikasının İraqdakı səfiri bir müraciətdə, İŞİD terror qruplaşması üzərində qələbənin üçüncü ildönümü münasibətilə qardaş İraqın hökuməti və xalqını təbrik edib.

SəhərAzəri İRNA-ya istinadən xəbər verir ki, İran İslam Respublikasının İraqdakı səfiri İrəc Məscidinin müraciətində deyilir:

"Şübhəsiz İraq hökuməti və xalqının, xüsusilə də silahlı qüvvələrin, o cümlədən ordu, federal polis, terrorla mübarizə təşkilatı, Həşdüş-Şəbi və Peşmərgə  qüvvələrinin müqavimət və dözümlülüyü İŞİD üzərində qələbədə böyük rol oynadı.

"Şəhid komandanlar Hacı Qasim Süleymani və Əbu Mehdi Əl-Mühəndis də İŞİD terror qruplaşması ilə hərtərəfli mübarizədə və onun üzərində qələbə qazanmaqda mühüm və həlledici rol oynadılar və ABŞ-ın bu iki böyük şəxsiyyəti şəhid etməklə törətdiyi cinayət və terror aktının səbəblərindən biri də onların bu qruplaşmanın məğlubiyyətindəki rolları idi", - deyə İ. Məscidi əlavə edib.

İranın Bağdaddakı səfiri bu müraciətdə, İraq şiələrinin yüksək dərəcəli təqlid mərcəyi Ayətullah Sistaniyə İŞİD-lə mübarizədə bütün imkanların səfərbər edilməsinə səbəb olduğu üçün təşəkkür edib və qeyd edib ki, İran İslam Respublikası bir daha dost və qardaş İraq xalqı və hökumətinə, terrorizm ilə mübarizədə onların yanında olduğu kimi, hazırda da İran xalqına qarşı bütün zalımcasına sanksiyalara rəğmən, bu ölkənin abadlaşdırılması və inkişafı üçün bütün imkanları ilə əməkdaşlıq və kömək etməyə hazır olduğu vurğulayır.

Bu gün dekabrın 10-u İraqın İŞİD terror qruplşması üzərində qələbəsinin üçüncü ildönümü günüdür və İraq Nazirlər Kabinetinin Katibliyi bu münasibəti əziz tutmaq üçün sabah ümumi tətil elan edib.

 

Teqlər