Dek 10, 2020 13:53 Asia/Baku
  • İnqilab Rəhbəri Ayətullah Yəzdinin vəfatı münasibətilə başsağlığı veriblər

Həzət Ayətullahuluzma Xamenei bir müraciətdə Qum Dini Elmlər Hövzəsinin Müəllimlər Cəmiyyətinin rəisi Ayətullah Məhəmməd Yəzdinin vəfatı münasibətilə başsağlığı veriblər.

SəhərAzəri xəbər verir ki, son zamanlar mədə-bağırsaq sistemi xəstəliyinə görə xəstəxanaya yatırılmış Ayətullah Məhəmməd Yəzdi İslam dini və İslam İnqilabı yolunda bir ömür mübarizədən sonra dünən səksən doqquz yaşında haqqın dəvətini qəbul etdi.

İslam İnqilabının Böyük Rəhbəri Həzət Ayətullahuluzma Xamenei bu

müraciətdə belə qeyd ediblər: İnqilabın bütün dövrlərində ardıcıl və daimi iştirakı, həmçinin məhkəmə hakimiyyətinə sədrlik, Negəhban Şurasına, Rəhbərlik Xobreqanı Məclisinə və İslam Şurası Məclisinə üzvlük kimi ölkənin idarəsi üzrə böyük məsuliyyətlərdə çalışmasının kənarında tağut dövründəki mübarizələri və inqilabi fəaliyyətləri ilə yanaşı elmi və fiqhi fəaliyyətləri bu böyük din alimindən əhatəli və təsirli bir şəxsiyyət yaratmışdı.

İslam İnqilabının Böyük Rəhbəri sonra bildiriblər: İnqilabın əsaslarına güclü iman və bu yolda müqavimət, həmçinin dini və inqilabi qeyrət bu möhtərəm şəxsiyyətdən digər bariz nişanələr idi.

Həzət Ayətullahuluzma Xamenei həmçinin Allah-Taaladan Ayətullah Məhəmməd Yəzdi üçün rəhmət, bağışlanma və ilahi behist diləyiblər.

İran İslam Respublikasının rəsmiləri, həmçinin bir çox şəxsiyyət və təşkilat da öz müraciətlərində Ayətullah Məhəmməd Yəzdinin vəfatı münasibətilə başsağlığı veriblər.

Teqlər