Dek 10, 2020 14:00 Asia/Baku
  • Xaf-Hərat dəmiryolu istifadəyə verilib

İran və Əfqanıstan prezidentlərinin video-konfrans formatında olan iştirakı ilə uzunluğu 140 kilometr olan Xəf-Hərat dəmiryolu istifadəyə verilib.

SəhərAzəri xəbər verir ki, İran İslam Respublikasının prezidenti Həsən Ruhani cümə axşamı günü Xaf-Hərat dəmiryolunun rəsmi şəkildə istifadəyə verilməsi mərasimində Əfqanıstanın prezidenti və xalqına müraciət edərək, deyib: Bu gün, böyük Əfqanıstan və İran xalqları üçün açılış günüdür. Bir kök, bir tarix, bir mədəniyyət və bir bölgədən olan iki xalq tarix boyu öz qardaşlığı və qonşuluğunu bir-birinin ən yaxşı köməkçisi kimi qoruyub saxlayıbdır.

Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qəni də Xəf-Hərat dəmiryolunun açılışı mərasimində bu layihəni hər iki ölkə üçün tarixi və həyati adlandırıb və belə söyləyib: Bu mühüm reysin açılması gələcək iqtisadi rifaha çatma və regional qovuşma sahəsində hər iki ölkənin yorulmaz səylərinin nəticəsidir.

Xaf-Hərat dəmiryolunun istifadəyə verilməsi dəmiryolu şəbəkəsinin inkişafında mühüm addım sayılır. Belə ki, bu reys ölkənin şərq hissəsinin inkişafı ilə yanaşı, İranın Avropa ilə Asiya arasında əmtəə mal tranzitindəki payını artıra və İran İslam Respublikasının şərq-qərb koridorlarındakı mövqeyini gücləndirə bilər.

İranın bölgədəki qonşuları ilə altıncı sərhəd dəmiryolu reysi kimi Xaf-Hərat dəmiryolunun inşası mühüm infrastruktur layihələrdən olaraq, İran və Əfqanıstanın inkişafları və iqtisadiyyatlarında olduqca böyük rola malik olacaqdır.

Teqlər