Dek 10, 2020 21:39 Asia/Baku
  • İranda az istehlakçılara su, işıq və qaz pulsuz olacaq

İranın energetika naziri günəş təqvimi ilə dey ayının əvvəlindən etibarən, az istehlakçı abunəçilər üçün pulsuz su qəbzlərinin tətbiq ediləcəyini bildirib.

SəhərAzəri xəbər verir ki, Reza Ərdəkaniyan deyib: Nazirlər kabinetinin qərarına görə, istehlakı su istehlakı meyarının üçdə birinə qədər olan abunəçilərə sıfır, yəni pulsuz kvitansiya veriləcək.

O, sonra deyib: Proqnoz edilir ki, hazırkı şəraitdə dörd milyona yaxın su abunəçisi az istehlakçılar sırasındadır.

İranın energetika naziri ümid etdiyini bildiribdir ki, nazirlər kabinetinin qərarına əsasən, çox istehlakçılar su istehlakını azaltmağa təşviq ediləcəklər. Amma əgər təşviqlər təsirli olmazlarsa, iqtisadi şuranın qərarı ilə bu qrupdan olan abunəçilərin istehlak etdikləri suyun tarifi altı aylıq müddətdən sonra artırılacaqdır.

Ərdəkaniyan söyləyib: Hazırda su istehlakçılarının təqribən on beş, elektrik enerjisi istehlakçılarının isə təqribən otuz faizi istehlak qəbzində yüz faizlik endirim və ya mükafata şamil edilirlər.

İranın nazirlər kabinetinin qərarına görə, işıq və su kimi qaz istehlakı sahəsində də az istehlakçıların ödənişləri pulsuz olacaqdır.

Teqlər