Ruhani: "Cənab Ərdoğanın bizim ərazi bütövlüyümüzə hörmətsizlik etmək istədiyini düşünmürəm"
İran İslam Respublikası prezidenti Türkiyə prezidentinin Bakıdakı qələbə paradı zamanı şeir oxumasına reaksiyada deyib: "Bizim xalqın ərazi bütövlüyünə həssaslığı çox vacibdir, amma cənab Ərdoğanın ərazi bütövlüyümüzə hörmətsizlik etmək istədiyini düşünmürəm.
SəhərAzəri xəbər verir, İran İslam Respublikası prezidenti Həsən Ruhani bu gün daxili və xarici jurnalistlərin iştiraki ilə keçirdiyi mətbuat konfransında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıdakı qələbə paradı zamanı oxuduğu şeir və İran-Türkiyə əlaqələrinin perspektivi ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən, İran-Türkiyə əlaqələrinin çox əhəmiyyətli olduğunu, iki qonşu olaraq, siyasi və iqtisadi əlaqələr malik olduqlarını, regional məsələlərdə məsləhətləşmə apardıqlarını və Astana prosesində birgə iştirak etdiklərini bəyan edib və deyib. "Ərazi bütövlüyü məsələsi, İran və İranın mövqeyi xüsusi əhəmiyyət kəsb edir və bir cümləyə həssas yanaşmaq xalqımızın haqqıdır".
"Mənim üçün vacib olan Türkiyə xarici işlər nazirinin İranın xarici işlər nazirinə, cənab Ərdoğanın ümumiyyətlə belə bir niyyəti olmadığını söyləməsi və Türkiyə prezidentinin sözçüsü və Türkiyə səfirinin də bu məsələyə təkid etməsi idi", - deyə o, əlavə edib.
Ruhani bu şeirin çoxşaxəli bir şeir olduğunu və İranda oxunursa bir məna, başqa bir yerdə oxunarsa başqa bir məna daşıdığını bəyan edərək, deyib: "Türkiyə rəsmiləri cənab Ərdoğanın belə bir niyyəti olmadığını açıq şəkildə bildirərkən və həmin çıxışda bölgədə çoxtərəfli fəaliyyətin vacibliyini vurğuladığı halda və cənab Ərdoğanı tanıdığım qədər onun ərazi bütövlüyümüzə qarşı hörmətsizlik etmək istədiyini düşünmürəm".
O, daha sonra deyib: "Etiraz edənlərin vətənpərvərliklərinə qarşı həssas olduqlarını göstərmək hüququ var, Lakin Türkiyə rəsmiləri onun Azərbaycan Respublikası xalqının ərazilərinin azad edilməsindən məmnun olduğunu söyləmək istədiyini açıq şəkildə bildirdilər. Cənab Ərdoğan ümumiyyətlə çox şeir oxuyur və məncə bəyan edilən izahatlarla bu məsələdən keçə bilərik".
Dövlət başçısı deyd edib ki, xalqımızın həssaslığı çox vacibdir və bütün dünya bilməlidirlər ki, milli torpağın hər bir millimetri xalqımız üçün böyük əhəmiyyət daşıyır və hər kəs öz çıxışlarında bu məsələyə daha çox diqqət yetirməlidir.
İran İslam Respublikasının prezidenti, hökumətin bütün var qüvvəsi ilə nüvə anlaşmasının məhv olmasına imkan verməyəcəyini bəyan edərək, əlavə edib: "ABŞ-ın hazırkı prezidenti Donald Trampın əsas məqsədi, nüvə anlaşmasını məhv etmək idi, Lakin bunu bacarmadı".
İranın İcra başçısı bildirib ki, İran İslam Respublikası dünyanın bütün ölkələri ilə, xüsusən də Rusiya və Çin ilə əlaqə qurmağa çalışır və Avropa Birliyi və qonşu ölkələrlə də yaxşı münasibətlərə malik olmaqda maraqlıdır".
Ruhani, İran İslam Respublikasının şəhid Fəxrizadənin intiqamını almağı öz haqqı hesab etdiyini və bunu lazımi yerdə və doğru zamanda edəcəyini qeyd edib və bildirib ki, İran İslam Respublikası başqalarına bu qisasın vaxtı və məkanını təyin etmək icazəsi verməyəcək.