İranlı rejissor İtaliyanın "Asiatica" Film Festivalının hakimi olub
Asiya-Sakit Okeaniya Kino İnkişafı Fondunun üzvü və İranlı rejissor Mərziyə Riyahi 21-ci İtaliya "Asiatica" Film Festivalında hakimlik edəcək.
SəhərAzəri xəbər verir, Mərziyə Riyahi İran və Asiyanın ilk profesional qısa film mediası olan "Qısa Film Xəbər Portalı"nın redaktoru və rejissordur.
Riyahi "Sürücülük Sinifi" qısametrajlı filmi ilə, 2020-ci ildə 92-ci Film Sənətləri və Elmləri Akademiyasında qısametrajlı film bölməsində yarışma haqqı qazanıb.
İranlı rejissor, həmçinin bir neçə beynəlxalq və milli festivallar da hakimlik edib, o cümlədən Hindistanın 21-ci Kəlkətə Beynəlxalq Film Festivalının hakimi, Hindistanın 10-cu "Üçüncü Göz" Festivalının hakimi, 7-ci "Reality Cinema" Sənədli Film Festivalında İranın Film Tənqidçiləri və Yazıçıları Birliyinin hakimi və İsveçin "Yari" Film Festivalınin ardıcıl beş mövsümündə filmin seçilməsi məsulu olubdur.
21-ci Roma "Asiatica" Film Festivalı 18-22 dekabr tarixlərində İtaliyada onlayn formatında keçiriləcək.