Ruhani: "Uğursuz yanaşmanızı tarix muzeyinə buraxın"
İran prezidenti deyib: " İran İslam Respublikasını sanksiyalar kimi qərarlarla məğlub edə biləcəklərini düşünənlərə bu səhv və uğursuz yanaşmanı tarix muzeyinə əbədi buraxmağı tövsiyə edirəm".
SəhərAzəri xəbər verir, İran İslam Respublikası Həsən Ruhani hökumətin İqtisadi Koordinasiya Şurasının bugünkü iclasında etdiyi çıxışında, İranın iki mühüm və təyinedici faktor olaraq, iqtisadi gücü və bacarığına toxunaraq, deyib: "İrana qarşı iqtisadi müharibə xüsusilə xalqımızın yaşayışına böyük ziyan vurmasına və ciddi təsir etməsinə baxmayaraq, bu gün İrana qarşı sanksiya tətbiq edənlər və İran iqtisadiyyatının qısa müddətdə çökəcəyini proqnoz edənlər elə bir halda Ağ Evi tərk edirlər ki, İran xalqı qeyri-bərabər bir iqtisadi müharibədən başıuca və qalib ayrılaraq, hər zamankindən daha güclü dayanıbdır".
İran millətinin sanksiyalar və Donald Trampın Tehrana qarşı hərtərəfli iqtisadi müharibəsi qarşısında müqavimətinin dünyaya və İranın bütün bədxahlarına böyük həqiqətləri göstərdiyini bəyan edən Ruhani əlavə edib: "Tramp, İran İslam Respublikasının imkanlarını və həqiqətlərini əsla tanımadı və öz illüziyaları əsasında hərəkət etdi".
İran İslam Respublikası prezidenti qeyd edib ki, iki il davam edən hərtərəfli iqtisadi müharibədən sonra Ağ Evin İran xalqı qarşısında məğlubiyyəti, habelə beynəlxalq siyasətlərinin iflasa uğraması, Trampın bu ölkə seçkilərindəki məğlub olmasının səbəblərindəndir.
Ruhani daha sonra İranın gələn il üçün büdcə layihəsinin (1400-cü günəş ili) özəlliklərinə toxunub və gələn ilin büdcə layihəsinin ölkənin iqtisadi potensialına və beynəlxalq arenanın gergəkliklərinə əsaslandığını, həmçinin məlumatların və daxili imkanların dəqiq analizi əsasında tərtib edildiyini söyləyib.