Xeyirxah şəxslər Tehran vilayətində 800 məktəb tikiblər
Xeyirxah şəxslərin ciddi-cəhdi ilə Tehran vilayətinin şəhər və kəndlərində 800 məktəb tikilib.
SəhərAzəri xəbər verir, Tehran vilayətində məktəb tikən xeyirxahlar cəmiyyətinin icraçı müdiri Firuzkuh rayonunun məktəb tikən xeyirxahlar cəmiyyətinin iclası kənarında deyib: Xeyirxah şəxslərin ciddi-cəhdi ilə Tehran vilayətinin şəhər və kəndlərində 800 məktəb tikilib.
Piruzan deyib: "Məktəb tikən xeyirxahlar cəmiyyəti Tehran vilayətinin şəhər və rayonlarında indiyədək 21 rəsmi xeyirxahlar cəmiyyəti yarada bilibdir".
Bu cəmiyyətin məktəb tikintisində iştirakdan əlavə, xeyirxah şəxslərin bacarıqlarından məktəbə yardım sahələrində də istifadə olunur.
Piruzananın sözlərinə görə, bu cəmiyyətin digər fəaliyyətlərindən biri, «kərpic üstə kərpic» xalq hərəkatının təşkilidir. Bu hərəkatda insanlar cüzi pulla məktəb tikintisində iştirak edə bilərlər.
Firuzkuh rayonunun məktəb tikən xeyirxahlar cəmiyyətinin iclasında bir orta məktəbin inşası barədə qərar qəbul olundu.