Dek 16, 2020 15:20 Asia/Baku
  • General Soleymaninin qatillərindən intiqam qətidir

İslam İnqilabının Böyük Rəhbəri buyurublar: Şəhid general-leytenant pasdar Qasem Soleymaninin qatilləri və buna göstəriş verənlərdən intiqam alınmalıdır və bu intiqam mümkün olan hər bir zamanda qətidir.

SəhərAzəri xəbər verir, İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bu gün İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinin keçmiş komandanı şəhid general-leytenant pasdar Qasem Soleymaninin ildönümünün təşkilat komitəsinin üzvləri və o yüksək dərəcəli şəhidin ailəsilə görüşdə şəhid Soleymanini İran xalqı və İslam Ümmətinin qəhrəmanı adlandırıb və belə vurğulayıblar: O şəhidin həmişə xəlqi olduğuna görə, onun anılması üçün də xalq imkanlarından, həmçinin mədəni və təşəbbüskar səylərdən istifadə olunmalıdır.

General Soleymaninin şəhadətini tarixi bir hadisə adlandıran İnqilab Rəhbəri o şəhidin iranlılar üçün milli qəhrəmana, həmçinin İslam Ümmətinin qəhrəmanına çevrilməsinə işarə edərək, söyləyiblər: Şəhid Soleymaninin İran xalqının qəhrəmanına çevrilməsinin və xalqın müxtəlif təbəqələrinin, hətta təsəvvür edilməyən kəslərin ona yüksək qiymət vermələri və öz emosiyalarını ifadə etmələrinin səbəbi bu idi ki, şəhid Soleymani İran və iranlı mədəniyyətinin dəyərlərinin simvolu idi.

İslam İnqilabının Böyük Rəhbəri «Şücaət və müqavimət», «aqillik, istedad, fədakarlıq və ümumi maraqları düşünmək» kimi xüsusiyyətləri şəhid Soleymaninin özəlliklərindən adlandırıb və belə qeyd ediblər: O yüksək dərəcəli şəhid həmçinin mənəviyyat, paklıq və axirət əhli idi və heç vaxt təzahür əhli deyildi.

Həzrət Ayətullahuluzma Xamenei vurğulayıblar ki, şəhid Soleymani həm həyatda olarkən, həm də öz şəhadəti ilə zalım qüvvələri məğlub etdi.

O həzrət sonra söyləyiblər: Şəhid Soleymaninin və şəhid Əbu Məhdi Əlmuhəndisin İran və İraqdakı milyonluq və unudulmaz müşayiət mərasimləri, həmçinin bu iki şəhidin anım mərasimləri zalım qüvvələrin yumşaq müharibə generallarını heyran etdi və amerikalılara vurulan ilk şapalaq oldu.

Həzrət Ayətullahuluzma Xamenei «Əynuləsəd» amerikan bazasına qarşı raket hücumunda amerikalılara digər bir şillənin vurulduğunu qeyd edərək, vurğulayıblar: Amma daha möhkəm şillə, müqavimətin siyasətləri və xalqların ciddi-cəhdini tələb edən amerikanların bölgədən çıxarılmaları, həmçinin mömin istedadlar və inqilabçı gənclərin ciddi-cəhdini tələb edən imperializmin puç heybəti üzərində kibernetika qələbəsindən ibarətdir.

Teqlər