Dek 16, 2020 16:48 Asia/Baku
  • Ruhani:

İran İslam Respublikası prezidenti deyib: "Bu gün İran həmişəkindən daha güclü və daha bacarıqlıdır"

SəhərAzəri xəbər verir, İran İslam Respublikası prezidenti Həsən Ruhani Nazirlər Kabinetinin bu günkü iclasında etdiyi çıxışında İranın dünyada sülh, sabitlik və təhlükəsizlik, həmçinin qarşılıqlı əlaqə yolunu seçmək istəyən bütün ölkələrlə konstruktiv qarşılıqlı əlaqə ardınca olduğunu vurğulayıb və əlavə edib: "ABŞ-da Co Baydenin hakimiyyətə gəlişindən həyəcanlı deyilik, amma bu qədər üsyankar və hüquqtanəmaz, mənəvi və insani prinsiplərə belə uymayan və COVID-19  peyvəndinin tədarükünün qarşısını alan terrorçu bir insanın getməsindən çox məmnunuq".

İran İslam Respublikası prezidenti bəzi yerli mediaların anti-İran peyk kanallarından təsirlənərək, nüvə anlaşması və hazırkı vəziyyətlə 2015-ci ildəki şəraitin fərqindən bəhs etdikləri barədə deyib: "Şübhəsiz ki, bugünkü vəziyyət o ildən tam fərqlidir". 

Ruhani əlavə edib: "2015-ci ildə İran nüvə anlaşması ilə bağlı danışıqlar apararkən, BMT Təhlükəsizlik Şurasının 6 qətnaməsi ilə üz-üzə idi, üstəlik PMD (İranın nüvə proqramının mümkün hərbi cəhətləri) məsələsi də müzakirə tərəflərinin əlində bir bəhanə idi hazırda bu maneələr mövcud deyil".

İran İslam Respublikasının prezidenti vurğulayıb: "2015-ci ildəki şəraitdə dünyada ictimai rəyi elə formalaşdı ki, İran öhdəlik götürsə də, onu yerinə yetirməyəcək, ancaq nüvə anlaşması İranın, dünyanın ən sadiq ölkəsi olduğunu, sərt və titizliklə müzakirə apardığını, ancaq imza atarsa vədinə sadiq qalacağını dünyaya sübut etdi".

Teqlər