Dek 17, 2020 10:29 Asia/Baku
  • İran və Türkiyə iqtisadi mübadilələrin artırılması vacibliyini vurğulayıblar

İranın sənaye, mədən və ticarət naziri ilə Türkiyənin ticarət naziri iqtisadi mübadilələrin artırılması vacibliyini vurğulayıblar.

SəhərAzəri İRİB-ə istinadən xəbər verir ki, İranın sənaye, mədən və ticarət naziri Əlirza Rəzm Hüseyni ilə Türkiyənin ticarət naziri Ruhsar Pekcan arasında telefon danışığı baş tutub. Tərəflər telefon danışığı zamanı dünyada koronavirusun yayılması səbəbindən iki ölkə arasında iqtisadi mübadilələrin azalmasına toxunaraq, İran və Türkiyə arasında birgə iqtisadi əməkdaşlıqların və ticarət mübadilələrinin artırılmasının vacibliyini vurğulayıblar.

İranın sənaye, mədən və ticarət naziri İranın ehtiyad duyduğu malların Türkiyədə olmadığını qeyd edib və İranın bu ölkə banklarındakı maliyyə mənbələrinə toxunaraq, deyib: "Türkiyənin, İranın ehtiyav duyduğu malları bu ölkədəki maliyyə mənbələri hesabına təmin etmək üçün yollar axtarması qərara alınıb".

Rəzm Hüseyni əlavə edib: "Koronavirusdan əvvəl İran və Türkiyə illik 10 milyard dollarlıq ticarət mübadilələri aparırdılar, hazırda bu göstərici koronavirus səbəbindən 3 milyard dollara enibdir, lakin yenidən artacaq.

 

Teqlər