Dek 17, 2020 20:00 Asia/Baku
  • Şəhid Süleymaninin terroru ilə düşmənin bölgədən qovulması yolları açıldı

Sepah-ın baş komandanı deyib: General Süleymaninin şəhadəti düşmənin bölgədən qovulması və məhv edilməsi üzrə bütün yolları ixtiyarımıza qoydu.

SəhərAzəri xəbər verir, general-mayor pasdar Hoseyn Səlami bu gün general-leytenant pasdar şəhid Qasim Süleymani və Hərəm müdafiəçiləri şəhidlərinin ilk önkonfransında vurğulayıb: Maksimum təzyiqin şanlı İran xalqını elm, bilik və izzət yolundan uzaqlaşdırmadığı və ölkəni müdafiə gücünü genişləndirməkdən çəkindirmədiyi kimi alimlərin terroru da «elmi inkişaf» yolunun davam etdirilməsindən çəkindirməyəcək.

General Səlami sonra söyləyib: Bu gün düşmənlərin məğlub edilmələri üzrə bütün ləvazimatlar İran İslam Respublikasının xalqı və quruluşunun ixtiyarındadır və bizim gücümüz uca zirvələrdədir.

General Səlami deyib: Biz sonadək müqavimət edəcəyik və düşmənlər müsəlmanlara hakim kəsilmək arzusunu qəbirə aparacaqlar.

Teqlər