Dek 21, 2020 11:31 Asia/Baku
  • Avropa riyakarlığın arxasından çıxmalıdır

Xarici İşlər Nazirliyimizin mətbuat katibi deyib: Avropa tərəflərini riyakarlığın arxasından çıxmağa və vəzifələrinin hansını yerinə yetirdiklərini araşdırmağa çağırıram.

SəhərAzəri xəbər verir, İranın diplomatiya aparatının mətbuat katibi Səid Xətibzadə Onlayn keçirilən həftəlik iclasında Avropa Parlamentinin İrana qarşı hərəkətləri ilə bağli qeyd edib: Birtərəfli çıxışlar etmək məqbul deyil və heç bir dəyəri yoxdur; Avropa Parlamenti həqiqətən insan haqlarını axtardığını və istədiyini göstərməlidir. İrana qarşı ABŞ-nin qeyri-insani hərəkətlərinə cavab olaraq və ya İrana dərman və xammal göndəriləcəyi və ya tədarük ediləcəyi marşrutları ləğv etmək üçün cəhdlər və ya ABŞ-ı bu yolda müşayiət edən Avropa ölkələrini qınamaq barədə Avropa Parlamenti tərəfindən hər hansi bir hərəkət xatırlamıram. Təəssüf ki, Avropa tərəflərinin insan hüquqları sahəsindəki tarixi qaranlıqdır. İran əleyhinə kampaniyaya və seçmə qətnamələrə dəstək və İran əleyhinə qətnamələrin qəbul edilməsini qətiyyətlə qınayırıq. Avropa tərəflərini riyakarlığın arxasından çıxmağa və vəzifələrinin hansını yerinə yetirdiklərini araşdırmağa çağırıram.

Teqlər