Dek 21, 2020 18:21 Asia/Baku
  • İran və Rusiya arasındakı neft və enerji sahəsində əməkdaşlıqlar genişləndiriləcək

İran İslam Respublikasının neft naziri və Rusiyanın baş nazir müavini iki ölkə arasında neft və enerji sahəsində əməkdaşlıqların genişləndirilməsi vacibliyini vurğulayıblar.

SəhərAzəri xəbər verir, İranın neft naziri Bijən Zəngənə Rusiyanın baş nazirinin  müavini Aleksandr Novak ilə Moskvada baş tutan görüşü zamanı Tehranla Moskva arasında müxtəlif sahələr üzrə inkişafda olan əməkdaşlıqlara toxunaraq, deyib: "Hazırkı vəziyyətdə, o cümlədən ABŞ-ın İran və Rusiyaya qarşı birtərəfli və zalımcasına sanksiyaları dönəmində iki ölkə arasında yaxınlaşma və əməkdaşlıqların gücləndirilməsi çox vacib və təsirlidir.  

Zəngənə son illərdə İran və Rusiya arasında neft və enerji sahəsində sıx əməkdaşlığın olduğunu bəyan edərək, rəsmi Tehranın sanksiyaları neytrallaşdırmaq üçün bu əməkdaşlıqları daha da dərinləşdirmək istədiyini vurğulayıb.

İranın neft naziri beynəlxalq arenada bir çox dəyişikliyin baş verdiyinə toxunaraq, qeyd edib ki, istənilən vəziyyətdə İran-Rusiya münasibətləri dəyişməyəcək və rəsmi Tehran bu münasibətləri gücləndirməkdə qərarlıdır. 

Rusiyanın baş nazirinin müavini də bu görüşdə, Tehran ilə Moskva arasında artan münasibətlərdən məmnunluq ifadə edib və deyib Rusiya qətiyən İranla bütün sahələr, xüsusilə də neft və enerji sahəsi üzrə yaxınlaşmanın tərəfdarıdır".

"İran və Rusiya arasında neft və enerji sahəsində həmişə sıx və inkişafda olan əməkdaşlıqlar mövcud olub və bu əməkdaşlıqlar yenə də davam edəcək", - deyə Aleksandr Novak əlavə edib.

Zəngənə, həmçinin Rusiyanın enerji naziri Nikolay Şulqinovla görüşməklə yanaşı, bu ölkənin neft şirkətlərinin rəhbərləri ilə də görüşüb.

Qeyd edək ki, İran İslam Respublikasının neft naziri yüksək rütbəli Rusiya rəsmiləri ilə görüşmək və iki ölkə arasında enerji və qlobal bazar perspektivləri sahəsində əməkdaşlığın son vəziyyətini müzakirə etmək üçün bir nümayəndə heyətinin başında Moskvaya səfər edib.

Teqlər