Ölkənin tibb bacı-qardaşları cəmiyyəti İslam İnqilabının Ali Rəhbərinə təşəkkür edib
https://azeri.sahartv.ir/news/İran-i371030-Ölkənin_tibb_bacı_qardaşları_cəmiyyəti_İslam_İnqilabının_ali_rəhbərinə_təşəkkür_edib
Ölkənin tibb bacı-qardaşları cəmiyyəti, İnqilabın Ali Rəhbərinə ünvanladığı bir məktubda o həzrətin Tibb bacı-qardaşları günü münasibəti ilə onlara kitabən  müdrik və çox dəyərli müraciətlərini çox  yüksək qiymətləndirərək, o həzrətə minnətdarlıqlarını bildirib.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Dek 21, 2020 17:21 Asia/Baku
  • Ölkənin tibb bacı-qardaşları cəmiyyəti İslam İnqilabının Ali Rəhbərinə təşəkkür edib

Ölkənin tibb bacı-qardaşları cəmiyyəti, İnqilabın Ali Rəhbərinə ünvanladığı bir məktubda o həzrətin Tibb bacı-qardaşları günü münasibəti ilə onlara kitabən  müdrik və çox dəyərli müraciətlərini çox  yüksək qiymətləndirərək, o həzrətə minnətdarlıqlarını bildirib.

SəhərAzəri xəbər verir, Ölkə daxilində tibb bacı və qardaşları təşkilatının İdarə Heyətləri və Ali Şuransının sədri və üzvləri , İslam İnqilabının Ali Rəhbərinə ünvanladıqları bir məktubda o həzrətin Tibb bacı-qardaşları haqqında etdiyi müdrik və dəyərli müraciətlərini yüksək qiymətləndirib və o həzrətə öz təşəkkürlərini bildiriblər.
Ölkənin tibb bacı-qardaşları icmasının rəsmiləri Ayətullahul-üzma Xameneiyə göndərdikləri məktubda vurğulayıblar: Çirkin korona virusunun yaratdığı çətin aylar və günlərdə, Zati-alilərinizin bəyanatları hər dəfə sağlamlıq müdafiəçilərinə mənəvi enerji bəxş edib, xüsusən də ölkənin tibb bacı-qardaşlarına yeni bir nəfəs verib; və Tibb bacı-qardaşları və əsaən şəfqət fəaliyyətlərinin ictimaiyyətdəki mənəvi, mədəni və sosial mövqeyini və dərəcəsini daha da yüksəldib və bu peşədə çalışanlara əlavı dəyər və hörmət bəxş edib.