Dek 23, 2020 17:56 Asia/Baku
  • İranın Azərbaycandakı səfiri İlham Əliyevi ad günü münasibətilə təbrik edib

İranın Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi Azərbaycan prezidenti İlham Əliyevi təbrik edib.

 SəhərAzəri xəbər verir, bu barədə İranın Azərbaycan Respublikasındakı səfirliyindən məlumat verilib.

“Möhtərəm cənab Prezident!

İcazənizlə, dost və qardaş ölkə olan Azərbaycan Respublikasının dövləti və xalqının qazandığı son qələbə münasibətilə sevinc hissləri keçirdiyimi  bildirməklə, Zati-alinizi ad gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm, İran İslam Respublikasının dövləti və xalqı adından ölkələrimiz arasındakı dostluq və qardaşlığın, eləcə də ikitərəfli əlaqələrin bundan sonra daha da genişlənəcəyini vurğulayıram. 

Sonda fürsətdən istifadə edərək, Uca Tanrıdan Zati-alinizə, möhtərəm ailə üzvlərinizə və Azərbaycan Respublikasının xalqına möhkəm can sağlığı, xoşbəxtlik və xoş günlər arzulayıram”, - deyə təbrikdə bildirilib.

 

Teqlər