İran və Yaponiya idman həmkarlıqları haqda anlaşma sənədi imzalayıblar
https://azeri.sahartv.ir/news/İran-i371115-İran_və_yaponiya_idman_həmkarlıqları_haqda_anlaşma_sənədi_imzalayıblar
İranın İdman və gənclər naziri və Yaponiyanın təhsil, mədəniyyət, elm və texnologiya naziri virtual bir mərasimdə iki ölkənin idman həmkarlıqlarının inkişaf etdirilməsini araşdırıb və bu sahədə memorandum imzalayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 23, 2020 16:40 Asia/Baku
  • İran və Yaponiya idman həmkarlıqları haqda anlaşma sənədi imzalayıblar

İranın İdman və gənclər naziri və Yaponiyanın təhsil, mədəniyyət, elm və texnologiya naziri virtual bir mərasimdə iki ölkənin idman həmkarlıqlarının inkişaf etdirilməsini araşdırıb və bu sahədə memorandum imzalayıblar.

SəhərAzəri xəbər verir, bu memoranduma əsasən, tərəflər idmanın bütün sahələrində ekspertcəsinə mübadilələrin yüksəldilməsi istiqamətində öhdəlik götürürlər. Onlar ümumi maraqlar əsasında, idman sahəsində əməkdaşlıqların inkişaf etdirilməsi və təkmilləşdirilməsində bir-birilərinə kömək edəcəklər.

İki ölkənin Tehran və Tokiodakı səfirlərinin iştirakı ilə müşayiət olunan bu sənədin imzalanması bir iranlı təşəbbüsü kimi ilk dəfə olaraq virtual formada və videokonfrans vasitəsilə iki ölkənin nazirləri tərəfindən həyata keçirilir.