Xətibzadədən Trampa tövsiyə
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Amerika rejiminin başçısına ciddi xəbərdarlıq və tövsiyə edib.
SəhərAzəri xəbər veriri ki, Səid Xətibzadə Trampa tövsiyə edib ki, Ağ Evdəki həyatının son günlərində gərginlik yaratmaqdan və təhlükəli avantüralardan çəkinsin.
Xətibzadə bu gün Donald Trampın, həmçinin SENTKOM-un ictimai məsələlər bölməsinin anti-İran iddiaları və cəfəngiyyatlarına cavab olaraq, deyib: Bundan öncə də deyildiyi kimi, İranın Amerika terrorizminə cavabı/ aşkar, şücaətli və özünə uyğun səviyyədə olur; buna görə də, Amerika rejimi yaxşı olardı ki, öz fitnəkarlıqlarını əsaslandırmaq üçün daha inandırıcı ssenarilərdən yardım alsın.
Tramp ilə SENTKOM-un ittihamlarını rədd edən İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi vurğulayıb: Dəfələrlə bildirildiyi kimi, diplomatik və yaşayış məkanlarına hücum rədd olunur və bu xas məsələdə ittiham barmağı Amerikanın özünə, həmçinin onun, yeni fitnəkarlıqlar törətmək və mövcud gərginlikləri artırmaq ardınca olan regiondakı şərikləri və müttəfiqlərinə tərəf uzanır.
Xətibzadə söyləyib: Bu kimi təkrar ittiham və ifadələr Ağ Ev-də bir adətə çevrilmiş «günahı başqasının boynuna yıxmaq» formasında olan saxta və əsassız ittiham və ifadələr kimi dəyərləndirilə bilər və onlar Trampın düşdüyü çox çətin şəraiti ört-basdır etmək məqsədilə irəli sürülür.
Amerika prezidenti Donald Tramp öz tvitter səhifəsində heç bir fakt təqdim etmədən və sırf bir neçə naməlum mərmi qəlpəsinin təsvirini paylaşmaq məqsədilə İranı ABŞ-ın Bağdaddakı səfirliyinə qarşı raket hücumu həyata keçirməkdə ittiham edib.
Bağdadın Əlhəzra bölgəsi bazar günü axşamçağı azı səkkiz raket hücumu hədəfinə çevrilibdir ki, onun ardınca Amerika səfirliyi bu hücumu təsdiqləyərək, bildiribdir ki, səfirlikdə yerləşən raket müdafiə sistemi bu raketləri dəf edibdir.