Dek 25, 2020 02:02 Asia/Baku
  • İran prezidenti Həzrət İsa Məsih(ə)-ın əzəmətli mövludunu təbrik edib

İran İslam Respublikası prezidenti Həzrət Məsih(ə)-ın mövludunun gəlib çatması və 2021-ci milad ilinin başlanması münasibətilə dünya ölkələrinin başçılarını təbrik edib.

SəhərAzəri xəbər veriri ki, İran İslam Respublikası prezidenti Həsən Ruhani dünya ölkələrinin başçılarına ünvanladığı ayrı-ayrı müraciətlərdə Həzrət İsa Məsih(ə)-ın mübarək mövludu və 2021-cı milad ilinin gəlib çatması münasibətilə onları təbrik edib.

Müraciətdə deyilir:

"Bu gün dünya bir çox sosial, mədəni, iqtisadi və siyasi böhranla üz-üzədir və ölkələrin liderləri birgə iradə və səylərin sayəsində regional və qlobal əməkdaşlıqla bu böhranlardan çıxmaq, koronavirusla mübarizə prosesini sürətləndirmək və insan həyatını normal vəziyyətə gətirmək üçün keçmişdəkindən daha çox səy göstərməlidirlər".

Ruhani İsa ibn Məryəmin (ə.s) sülh və barış peyğəmbəri və mərhəmət və humanizmin bayraqdarı olduğunu bəyan edərək, bu gün insanların, xüsusən də bütün səmavi dinlərin davamçılarının, ilahi peyğəmbərlərin uca təlimlərindən istifadə edərək və onların yollarına və ənənələrinə güvənərək, insanın mükəmməlliyi və kamilliyi yolunu gedə bilmələrinə ümidvarlıq ifadə edib.

Sabah, cümə günü 2020-ci il dekabrın 25-i, İsa Məsihin (ə) mübarək viladətinin ildönümü günüdür.

Teqlər