Dek 25, 2020 16:33 Asia/Baku
  • Ev ləvazimatı istehsalı ilə İranda bir milyard dollardan çox qənaət

İranın sənaye, mədən və ticarət nazirinin müavini ölkədə ev ləvazimatı istehsalı ilə təxminən bir milyard 200 milyon dollar qənaətdən xəbər verib.

SəhərAzəri xəbər verir, Məhdi Sadeqi Niyarəki Tehranda iyirminci beynəlxalq məişət texnikası sərgisinin açılışı mərasimində bəyan edib ki, məişət texnikası ölkədə qabaqcıl sənaye sahələrindəndir. O, qeyd edib ki, ötən səkkiz ayda soyuducu və buzxana istehsalı 28, televizor istehsalı 40, paltaryuyan maşın istehsalı isə 58 faiz artıbdır.

Sadeqi Niyarəki sonra belə qeyd edib: İranda məişət texnikası, hazırkı çətin və sanksiyalar şəraitində öz yolunu yaxşı tapıb və beynəlxalq standartlara uyğun olaraq, innovasiya və yaradıcıqdan istifadə edilməsi və hamısından daha vacibi, daxili istehsal həcminin artırılması ilə import malların yerini tutubdur.

O əlavə edib: Ölkədə məişət texnikası sənayesinin ümumi valyuta xərci orta hesabla ildə təqribən bir milyard 200 milyon dollardır.

Bu gün Tehranda açılmış iyirminci beynəlxalq məişət texnikası sərgisi koronavirus pandemiyasına görə, tamaşaçıların iştirakı olmadan keçirilir.

Bu dördgünlük sərgi səhiyyə protokollarına tam şəkildə riayət edilməklə 175 istehsal obyektinin iştirakı ilə cərəyan edir.

Teqlər