“Diqqəti ölkənizdəki uğursuzluqlardan uzaqlaşdıra bilməyəcəksiz”
https://azeri.sahartv.ir/news/İran-i371206-diqqəti_ölkənizdəki_uğursuzluqlardan_uzaqlaşdıra_bilməyəcəksiz
Ölkəmizin xarici işlər naziri Məhəmməd Cavad Zərif Tehranı ABŞ-ın İraqdakı səfirliyinə edilən hücumda ittiham edən ABŞ-ın prezidenti Trampa cavab verib.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Dek 25, 2020 18:16 Asia/Baku
  • “Diqqəti ölkənizdəki uğursuzluqlardan uzaqlaşdıra bilməyəcəksiz”

Ölkəmizin xarici işlər naziri Məhəmməd Cavad Zərif Tehranı ABŞ-ın İraqdakı səfirliyinə edilən hücumda ittiham edən ABŞ-ın prezidenti Trampa cavab verib.

 

SəhərAzəri xəbər verir,  Twitter üzərindən Trampın “ABŞ-ın prezidenti Barak Obamanın yenidən seçkiləri qazanmaq üçün İranla müharibəyə başlayacağı” iddialarını əks etdirən köhnə mesajlarından birinin ekran görüntüsünü paylaşan Zərif, mesaja Tramp administrasiyasının ABŞ-da yeni növ koronavirus (Kovid-19) epidemiyasına qarşı uğursuzluğu ilə bağlı bir qrafik də əlavə edib.

Zərif tvitində bu ifadələri qeyd edib: “Vətəndaşlarınızı xaricdə riskə atmaqla diqqəti ölkənizdəki fəlakətli uğursuzluqlardan yayındıra bilməyəcəksiniz”.