27 min nəfər İran peyvəndinin testinə hazır olduğunu bildirib
İran istehsalı olan koronavirusa qarşı vaksinin insan üzərində testinin həyata keçirilməsi üzrə qeydiyyatın başlanmasından ötən üç gün ərzində 27 min nəfərdən çox insan bu işə könüllü olub.
SəhərAzəri xəbər verir,«Şəfa Farmed» şirkəti tərəfindən istehsal olunan koronavirusa qarşı ilk İran vaksini heyvan testi etaplarını keçdikdən, Ümumdünya Səhiyyə Təşkilatında qeydiyyata alındıqdan və İranın səhiyyə nazirliyindən lazımi lisenziyaları kəsb etdikdən sonra sınaq mərhələsinə daxil olub. Bu testlər gələn həftə və üç etapda həyata keçiriləcəkdir.
«Şəfa Farmed» şirkəti bildirib: "Çərşənbə axşamı günündən və könüllülərin qeydə alınmalarının başlandığının elan olunmasından sonra iranlı alimlər tərəfindən istehsal edilmiş koronavirusa qarşı vaksinin insan üzərində testi üçün 27 min 79 nəfər hazırlıq elan edərək, qeydiyyatdan keçibdir".
Bundan öncə İranın qida və dərman təşkilatının sözçüsü Kiyanuş Cəhanpour belə demişdi: Koronavirusa qarşı səkkiz İran vaksini Ümumdünya Səhiyyə Təşkilatının peyvəndinə namizədlər siyahısına daxil edilib. Səkkiz digər İran peyvənd də bu siyahıya daxil olmaq ərəfəsindədir.
Cəhanpour sonra deyib: İranda COVID-19 peyvəndinə nail olmaq üzrə bütün ehtimal olunan strategiyalar sınaq istehsalı mərhələsini keçibdir.