Dek 29, 2020 19:43 Asia/Baku

Ölkəmizin İslam Şurası Məclisinin sədri Şəhid General Süleymaninin şəxsiyyət dəyərlərinə toxunaraq vurğulayıb: Hamımız Şəhid Hac Qasim Süleymaninin yolunu və davranışlarını davam etdirməliyik.

SəhərAzəri xəbər verir, Məhəmməd Baqer Qalibaf, İslam Şurası Məclisinin bugünkü açıq iclasının əvvəlində Şəhid general-leytenant pasdar Qasim Süleymaninin şəhid olmasının ildönümünə toxunaraq, parlament iclasından əvvəl etdiyi bir nitqdə qeyd edib: "Əməliyyat nşmeynanının adamı, döyüş sahələrinin qəhrəmanı və dünyanın məzlumlarının qəlblərini fəth edən İslamın şərəfli sərdarı şəhid general-leytenant pasdar Qasim Süleymaninin şəhid olmasının ildönümü münasibətilə dünyadakı bütün ədalət axtaranlara və azadlıq və ədalətə inananların hamısına başsağlığı verirəm".
Qalibaf əlavə edib: "Şəhid Süleymani fərqli xüsusiyyətlərə malik olan hərtərəfli bir şəxsiyyət idi; Ancaq Hac Qasim üçün bütün üstün xüsusiyyətlərini özündə cəmləşdirən yalnız bir xüsusiyyəti qeyd etmək istəyiriksə, İnqilabın Ali Rəhbərinə inandığını və itaət etdiyini söyləmək lazımdır".

Xatırladaq ki, İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinin komandanı general-leytenant pasdar Qasim Süleymani və İraqda Əlhəşduşşəbi təşkilatının rəis müavini Əbu Mehdi Əl-Mühəndis və digər səkkiz nəfərlə yanaşı, 2020-ci il yanvarın üçündə təcavüzkar və terrorçu ABŞ qüvvələrinin İraqın Bağdad hava limanının yaxınlığında keçirdikləri hava hücumunda şəhid edildilər.

Teqlər