Dek 31, 2020 12:57 Asia/Baku
  • ÜST koronavirusa qarşı İran vaksinini alqışlayıb

Ümumdünya Səhiyyə Təşkilatı iranlı tədqiqatçıların düzəltdikləri koronavirus peyvəndinin istehsalını alqışlayıb.

SəhərAzəri xəbər verir, Ümumdünya Səhiyyə Təşkilatı səbirsizliklə bu böyük iranlı nailiyyətin klinik testlərinin nəticələrini müşahidə etmək intizarında olduğunu vurğulayıb.

Ümumdünya Səhiyyə Təşkilatının sözçüsü Tarek Yaşaroviç bu gün IRNA informasiya agentliyi üçün verdiyi qeyddə yazıb: İranlı alimlərin koronavirus peyvəndinin düzəldilməsi sahəsindəki uğuru bir fakt olaraq göstərir ki, COVID-19-la mübarizə üçün vaksin düzəldə bilərik.

Ümumdünya Səhiyyə Təşkilatının sözçüsü sonra deyib: Bu pandemiyaya son qoymağa kömək edən vasitələrə malikik.

İranlı alimlər ABŞ hökumətinin hərtərəfli sanksiyalarına rəğmən, hazırda klinik araşdırmalar mərhələsinə çatmış yeni koronavirus peyvəndini təqdim etməyə müvəffəq olublar.

«Kov İran Bərəkət» adlanan bu vaksinin insan üzərində ilk inyeksiyası çərşənbə axşamı günü Həzrət İmam(r.ə)-in Fərmanının İcrası Qərargahında könüllülərin iştirakı ilə həyata keçirilib.

İran vaksininin istehsalı xəbəri xarici medialarda geniş rezonansa səbəb olub.

Teqlər