Dek 31, 2020 21:37 Asia/Baku
  • Qısametrajlı İran filmi Amerika Route 66 Festivalında ən yaxşı eksperimental film olub

Qısametrajlı filmlər üzrə 19-cu Amerika Route 66 Festivalının ən yaxşı eksperimental film mükafatı bir İran filminə verilib.

SəhərAzəri xəbər verir, İnsan haqları və humanist məsələlər barədəki mövzulara həsr olunmuş 19-cu Route 66 Festivalı Amerikanın İllinoys ştatının Spinqfild şəhərində keçirilib və iranlı rejissor Behnam Əsədollahinin çəkdiyi «Qarğanın ağır kölgələri» adlı qısametrajlı filmi ən yaxşı eksperimetal film mükafatına layiq görülüb.

«Qarğanın ağır kölgələri» filminin mövzusu müharibə və sülhdür. Bu film bundan öncə çox sayda milli və beynəlxalq festivallarda, o sıradan Tehran qısametrajlı film festivalı, Bakı Start festivalı, Qatfest Yamayka festivalı, Hindistanın Filmsaaz və Portuqaliyanın Avanka beynəlxalq film festivalında iştirak edərək, nümayiş etdirilibdir.

Teqlər