Yan 01, 2021 10:04 Asia/Baku
  • İran ABŞ-ın Fars körfəzindəki hərbi macərapərəstliyi barədə xəbərdarlıq etdi

İran İslam Respublikasının BMT-dəki daimi nümayəndə heyəti Təhlükəsizlik Şurasına məktubda ABŞ-ın Fars Körfəzindəki hər hansı hərbi avantürası barədə xəbərdarlıq edib.

SəhərAzəri xəbər verir ki, İran İslam Respublikasının BMT-dəki daimi nümayəndə heyəti cümə axşamı Təhlükəsizlik Şurasının sədri və BMT-nin baş katibinə məktubunda bəyan edib ki, Amerika hərbçilərinin Fars Körfəzində və Oman dənizindəki hərbi avantürası, xüsusən son həftələrdə artıbdır.

Məktubda deyilir: Amerika son bir neçə həftə ərzində Fars Körfəzinə modern və son dərəcə mürəkkəb silahlar göndərməklə yanaşı, bir sıra təhrikedici hərbi əməllərə də əl atıb. Son günlər uzaq mənzilli strateji qırıcı-bombardmançı təyyarələrdən bir neçəsinin Fars Körfəzi üzərində havaya qaldırılması bu qəbildəndir. Bu hərəkətlərlə paralel surətdə Amerika rəsmiləri də İran İslam Respublikasına qarşı təhrik və təhdid edici bəyanatlar verməyi, əsassız ittihamlar irəli sürməyi və saxta informasiyalar təqdim etməyi davam etdiriblər.

Məktubda sonra deyilir: Əgər bu militarist hərəkətlər nəzarətə alınmazsa, gərginliyi xəbərdarlıqedici səviyyəyə qaldıra bilər və təbiidir ki, onun bütün nəticələrinə görə, tam məsuliyyət Birləşmiş Ştatların üzrəinə düşəcəkdir.

İranın BMT-dəki nümayəndə heyəti daha sonra belə qeyd edib: Bu kimi hərbi avantüranın BMT-nin prinsipləri və məqsədləri ilə təzad təşkil etməsinə, həmçinin regional və beynəlxalq sülh və təhlükəsizlik üzərində ciddi təsirə malik olmasına görə, Təhlükəsizlik Şurasından Amerikanı beynəlxalq hüququn prinsip və normalarına sadiq qalmağa və özünün bu qanunsuz hərəkətlərini dayandırmağa vadar edəcəyi gözlənilir.

Teqlər