İran şəhid Süleymaninin terroru amillərinin cəzalandırılmaları vacibliyini vurğulayıb
https://azeri.sahartv.ir/news/İran-i371500-İran_şəhid_süleymaninin_terroru_amillərinin_cəzalandırılmaları_vacibliyini_vurğulayıb
İran İslam Respublikasının Xarici İşlər Nazirliyi şəhid general-leytenant pasdar Qasem Süleymaninin terroru amillərinin cəzalandırılmaları vacibliyini vurğulayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 01, 2021 16:07 Asia/Baku
  • İran şəhid Süleymaninin terroru amillərinin cəzalandırılmaları vacibliyini vurğulayıb

İran İslam Respublikasının Xarici İşlər Nazirliyi şəhid general-leytenant pasdar Qasem Süleymaninin terroru amillərinin cəzalandırılmaları vacibliyini vurğulayıb.

SəhərAzəri xəbər verir, İran İslam Respublikasının Xarici İşlər Nazirliyi bu gün öz tvitter hesabında yazıb: "Birləşmiş Ştatlar general Süleymaniyə qarşı qorxaqcasına terror aktı törədərək, beynəlxalq hüququ və BMT Nizamnaməsini pozub və İraqın suverenliyinə açıq şəkildə xələl gətiribdir".

İranın Xarici İşlər Nazirliyi general Süleymaninin terror edilməsinin ABŞ-ın qanun pozuntusunun açıq-aşkar nümayişi olduğunu bildirib.

O, deyib ki, İran, məsul şəxslərin bu hərəkəti ədalətin əlinə tapşıracaqları zamanadək mübarizə aparacaqdır.

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin komandanı general-leytenan pasdar Qasem Süleymani və İraq xalq səfərbər qüvvələri- Əlhəşduşşəbinin rəis müavini Əbu Məhdi Əlmuhəndis 8 nəfərlə yanaşı 2020-ci il yanvarın üçündə təcavüzkar və terrorçu amerikan qüvvələrin İraqın Bağdad şəhər hava limanı yaxınlığında şəhid edildilər.