Portuqaliyada Sərdar Şəhid Süleymaninin şərəfinə veb-seminar keçirilib
General-leytenant pasdar Şəhid Qasim Süleymani, Əbu Məhdi Əlmuhəndis və onların silahdaşlarının şəhid olmasının ildönümü münasıbəti ilə Portuqaliyada olan Əhli-Beyt İnstitutu tərəfindən və İran İslam Respublikasının Lissabondakı səfirliyinin əməkdaşlığı ilə bir qrup İran, Livan, İraq və İngilis mütəxəssislərinin, professorlarının və ziyalılarının iştirakı ilə veb-seminar keçirilib.
SəhərAzəri xəbər verir, General-leytenant pasdar Şəhid Qasim Süleymani, Əbu Məhdi Əlmuhəndis və onların silahdaşlarının şəhid olmasının ildönümü münasıbəti ilə Portuqaliyada olan Əhli-Beyt İnstitutu tərəfindən və İran İslam Respublikasının Lissabondakı səfirliyinin əməkdaşlığı ilə bir qrup İran, Livan, İraq və İngilis mütəxəssislərinin, professorlarının və ziyalılarının iştirakı ilə veb-seminar keçirilib.
İran İslam Respublikası və İraqın Portuqaliyadakı səfirləri və İslam Məzhəblərinin Təqrib Dərnəyinin baş katibi Şəhriyari də virtual konfransda çıxış ediblər.
İclasın başlanğıcında ölkəmizin Portuqaliyadakı səfiri Morteza Damən Pak Jami qeyd edib: "3 yanvar 2020-ci ildəki torədilən terror aktı, bölgədə təhlükəsizliyin qorunmasına kömək edən və terrorizmə qarşı əsas mübarizə aparan böyük bir insanın şəhid olmasına səbəb olan vəhşicəsinə bir hərəkət idi".
İran İslam Respublikasının Portuqaliyadakı səfiri əlavə edib: Şəhid Süleymani beynəlxalq hüquq və bəşəri dəyərlərin bütün sərhədlərini və qırmızı xəttlərini aşan və açıq bir dövlət terrorizminin qurbanı olub. Təəssüf ki, beynəlxalq ictimaiyyətin bu terror aktı ilə əlaqədar susması və laqeydliyi İranın nüvə alimi Şəhid Möhsün Fəxrizadənin şəhid olması ilə bu prosesin güclənməsinə və dəvam etməsınə səbəb oldu.
Xatırladaq ki, İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinin komandanı general-leytenant pasdar Qasim Süleymani və İraqda Əlhəşduşşəbi təşkilatının rəis müavini Əbu Mehdi Əl-Mühəndis və digər səkkiz nəfərlə yanaşı, 2020-ci il yanvarın üçündə təcavüzkar və terrorçu ABŞ qüvvələrinin İraqın Bağdad hava limanının yaxınlığında keçirdikləri hava hücumunda şəhid edildilər.