Bu gün Sərdar Süleymani və Əbu Mehdi Əl-Mühəndisin şəhadətinin ildönümü günügür
Bu gün günəş təqvimi ilə dey ayının 13-ü İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın Qüds Qüvvələrinin komandanı general-leytenant Qasim Süleymaninin şəhadətinin ildönümü günüdür.
SəhərAzəri xəbər verir, 2020-ci il yanvarın 3-də İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın Qüds Qüvvələrinin komandanı general-leytenant Qasim Süleymani və İraq Xalq Səfərbərlik Qüvvələri Əl-Həşdüş-Şəbinin komandan əvəzi Əbu Mehdi Əl-Mühəndis digər 8 nəfərlə birlikdə terrorçu və təcavüzkar ABŞ Qüvvələrinin İraqın Bağdad aeropotru yaxınlığına endirdiyi hava zərbələri nəticəsində şəhid edildilər.
Müqavimətin Seyidüş-Şühədası ləqəbini almış şəhid Süleymani özünün bərəkətli ömrü boyu İslam ordusunun komandanı olaraq, İslam və Quranın ucalığı uğrunda miliyyətindən asılı olmayaraq, bütün məzlum müsəlman xalqları qorumağa çalışdı.
Həmçinin, şəhid Süleymani, İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı olaraq, İraq və Suriyada İŞİD-in məhv edilməsində mühüm rol oynadı və uzun illər bu ölkələrdə xalq səfərbərlik qüvvələrini təşkil edərək, insanlara sülh və təhlükəsizliyi hədiyyə etdi.
Həzrət Ayətullaul-üzma Xamenei şəhid Süleymaninin şəhadətindən sonra bir müraciətdə buyurdular: "Uzun illər dünyanın şər qüvvələri və şeytanları ilə qorxmazcasına və xalisanə mübarizəsi və uzun illər Allah yolunda şəhid olmaq arzusu sonda əziz Süleymanini bu yüksək məqama ucaltdı və onun qanı bəşəriyyətin ən qəddar tayfası tərəfindən yerə töküldü".
Qeyd edək ki, İran İslam Respublikası prezidenti Həsən Ruhani şəhid Süleymaninin xatirəsinə həsr edilmiş poçt markasını təqdim etdi.