Yan 02, 2021 14:34 Asia/Baku
  • Ali Məqamlı Rəhbər Ayətullah Misbah Yəzdinin vəfatı münasibəti ilə başsağlığı veriblər

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullaul-üzma Xümenei rəbbani alim, fəqih və müdrik mücahid Ayətullah Misbah Yəzdinin vəfatı ilə əlaqədar başsağlığı verib.

SəhərAzəri İslam İnqilabının Böyük Rəhbərinin Rəhbərin mesajının mətni təqdim edir.

"Bismillahir Rahmənir Rahim

Rəbbani alim, fəqih və müdrik mücahid Ayətullah Hacı Məhəmməd Təqi Misbah Yəzdinin ölüm xəbərini çox təəssüf və hüzn hissi ilə aldım. Bu elm hövzəsi və İslam təhsili sahəsi üçün bir itkidir. Doğru yolda səbatla həqiqəti və əzmini ifadə etməkdə bəlağətli dili ilə seçilən mütəfəkkir, layiqli idarəçi idi. Dini düşüncə istehsalında və fundamental kitabların yazılmasında, seçilən və nüfuzlu tələbələrin yetişdirilməsində və varlığına ehtiyac duyulduğu vaxt inqilabçı olaraq bütün sahələrdə xidmət etməsi həqiqətən etdiyi xidmətlərinin bənzərsiz olduğunu göstərir. Təqva gəncliyindən ömrünün sonuna qədər həmişə onun xarakterik xüsusiyyəti idi və tövhid bilikləri ilə davranışındakı uğurları bu uzunmüddətli mübarizə üçün böyük ilahi mükafatıdır.

Bu qədim və əziz qardaşımın yasını saxlayır, hörmətli ailəsinə və saleh övladlarına və həyatda olan digər əzizlərinə, bu böyük müəllimin tələbələrinə və fədailərinə və ilahi elm hövzəsinə başsağlığı verirəm. Allahdan onun məqamını ucaltmasını, rəhmət və məğfirət istəyirəm".

Qeyd edək ki, Rəhbərlik Xubrəqanı Məclisinin üzvü və imam Xomeyni (r.ə) adına Təhsil və Tədqiqat İnstitutunun rəhbəri bir müddət xəstəlikdən sonra cümə axşamı vəfat edib.

 

Teqlər