Yan 02, 2021 19:51 Asia/Baku
  • Ali Məqamlı Rəhbər Ayətullah Misbah Yəzdiyə namaz qılıblar

İslam İnqilabının Böyük Rəhbəri Ayətullah Məhəmməd Təqi misbah yəzdinin cənazəsinə namaz qılıblar.

SəhərAzəri xəbər verir, Həzrət Ayətullahul-üzma Xamenei bu gün səhər saatlarında Ayətullah misbah Yəzdinin cənazəsinin kənarında hazır olaraq, meyyit namazı qıldıqdan və fatihə oxuduqdan sonra o, qədim qardaşı və müdrik mücahidlə vidalaşıblar.

Həmçinin, İslam İnqilabının böyük Rəhbəri Həzrət Ayətullaul-üzma Xamenei Ayətullah Məhəmməd Təqi Misbah Yəzdinin vəfatı münasibətilə bir müraciət ünvanlayaraq, onun hörmətli ailəsi, uşaqları və bu böyük müəllimin tələbələri və müridlərinə başsağlığı verərək, buyurublar: "O, görkəmli bir mütəfəkkir, layiqli bir idarəçi, həqiqəti ifadə etməkdə bəlağətli dilə və düz yolda dayanıqlı bir addıma sahib insan idi".

Qeyd edək ki, Rəhbərlik Xubrəqanı Məclisinin üzvü və imam Xomeyni (r.ə) adına Təhsil və Tədqiqat İnstitutunun rəhbəri Ayətullah Məhəmməd Təqi Misbah Yəzdi bir müddət xəstəlikdən sonra cümə axşamı vəfat edib.

Ayətullah Məhəmməd Təqi Misbah Yəzdinin cənazəsinin müşayiət olunması və dəfn mərasimi bu gün səhiyyə protokollarına riayət edilərək, Həzrət Əbdüləzim Həsəninin (ə) hərəmində keçirilib.

Rəhbərlik Xubrəqanı Məclisinin mərhum üzvünün cənazəsi mütəhhər Rəzəvi hərəmində təvaf etdirildikdən sonra dəfn üçün bazar ertəsi günü Quma köçürüləcək.

Teqlər