Zərif: "Hər hansı bir odla oynamağa ciddi qarşılıqlı cavab veriləcək"
https://azeri.sahartv.ir/news/İran-i371545-zərif_hər_hansı_bir_odla_oynamağa_ciddi_qarşılıqlı_cavab_veriləcək
İranın xarici işlər naziri ABŞ prezidentinə ciddi xəbərdarlıq edərək, vurğulayıb: "İstənilən odla oynamğa ciddi qarşılıqlı cavab veriləcək".
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 02, 2021 16:24 Asia/Baku
  • Zərif:

İranın xarici işlər naziri ABŞ prezidentinə ciddi xəbərdarlıq edərək, vurğulayıb: "İstənilən odla oynamğa ciddi qarşılıqlı cavab veriləcək".

SəhərAzəri xəbər verir, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bir tvitdə yazıb: "İraqdan əldə edilən yeni məlumata əsasən, İsrail rejiminin alovu qızışdıran ünsürləri getməkdə olan Trampı saxta bəhanə ilə müharibəyə sürükləmək üçün amerikalılara hücum fitnəsi planlaşdırırlar".

Zərif ABŞ prezidentinə xitabən deyib: "Tramp, tələdən ehtiyatlı ol. Hər hansı bir odla oynamaq ciddi qarşılıqlı reaksiyaya səbəb olacaq, xüsusilə də həmin səmimi dostlarına qarşı".