Yan 03, 2021 09:26 Asia/Baku
  • Qələbə komandanlarının şəhadətinin ildönümü mərasimi şəhid olduqları məkanda keçirilib

Çoxlu sayda iraqlı Sərdar Qasim Süleymani və Əbu Mehdi Əl-Mühandisin şəhadətinin birinci ildönümündə onların şəhid olduqları Bağdad hava limanı küçəsində möhtəşəm bir mərasim təşkil ediblər.

SəhərAzəri "SabirinNyus"a istinadən xəbər verir ki, iraqlılar dünən gecə, Sərdar Süleymani və Əbu Mehdi Əl-Mühəndisi və onların silahdaşlarını daşıyan avtomobillərin ABŞ tərəfindən hədəfə alındığı Bağdadın hava limanına gedən küçədə şamlar yandırıb, dualar oxuyaraq, qələbə komandanlarının xatirəsini əziz tutdular.

Bu mərasimdə Əl-Haşdüş-Şəbinin komandirlərindən bir neçəsi çıxış edərək, müqavimət komandanlarının yollarının davam etdirilməsi, qanlarının qisasının alınması və amerikalı işğalçıların İraqdan qovulması vacibliyini vurğulayıblar.

Eyni zamanda, Nəcəfi Əşrəf şəhərində Əbu Mehdi Əl-Mühəndisin məzarı kənarında digər bir mərasim keçirilib.

Qeyd edək ki, 2020-ci il yanvarın 3-ü İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın Qüds Qüvvələrinin komandanı general-leytenant Qasim Süleymani və İraq Xalq Səfərbərlik Qüvvələri Əl-Həşdüş-Şəbinin komandan əvəzi Əbu Mehdi Əl-Mühəndis digər 8 nəfərlə birlikdə terrorçu və təcavüzkar ABŞ Qüvvələrinin İraqın Bağdad aeropotru yaxınlığına endirdiyi hava zərbələri nəticəsində şəhid edildilər. 

Teqlər