Bağdadda general Soleymani və Əlmuhəndisin şəhadətinin ildönümü mərasimi keçirilib
Yan 04, 2021 00:43 Asia/Baku
İraq xalqından minlərlə nəfər Bağdadın Əltəhrir meydanına toplaşaraq, general Qasem Soleymani və Əbu Məhdi Əlmuhəndisin şəhadətlərinin əzəmətli birinci ildönümü günü mərasimini keçirib.
SəhərAzəri xəbər verir, bu geniş mərasimdə İraq xalqı «şəhadət və hakimiyyət» şüarı verərək, müqavimət şəhidlərinin yolunun davam etdirilməsi, amerikalı işğalçıların qovulması və İraqın suverenliyinin geri alınması vacibliyini vurğuıayıbdır.
Mərasimin natiqləri şəhidlər Soleymani və Əlmuhəndisin yüksək şəxsiyyətlərinin müxtəlif cəhətləri, eləcə də onların düşmənlərin regionda, xüsusən İraqdakı fitnələri ilə mübarizə və terrorizm ilə döyüşlərdəki rəşadətlərini şərh edərək, vurğulayıblar ki, bu şəhidlərin yolu davam edəcəkdir.