Yan 04, 2021 20:15 Asia/Baku
  • Ərdəbil İranın əsas mis istehsalçıları sırasına qoşulub

İranın sənaye, mədən və ticarət naziri Meşkinşəhrdə yerləşən yük maşını qayırma zavoduna baxışı zamanı bu fabrikin icra mərhələlərinin tamamlanması barədə məlumatlandırılıb və bu kompleksin rəhbərliyinin dediyinə görə, zavod tərəfindən ayda bazara 50 yük maşını təklif edilicək.

SəhərAzəri xəbər verir, İranın sənaye, mədən və ticarət naziri Ərdəbil vilayətinə olan bir günlük səfəri çərçivəsində Meçkinşəhr şəhərinin sənaye və mədən fabrikalarının fəaliyyəti ilə yaxından tanış olub. O, Meşkinşəhrdəki yük maşını qayırma zavoduna baxış keçirib və Ərdəbil vilayətinin ilk yük maşını qayırma zavodundakı mövcud problemlər və maneələrlə yaxından tanış olub və onların həlli istiqamətində lazımi göstərişləri verib.

Rəzm Hüseyni, həmçinin mis konsentratı istehsal edən zavodu tikiləcək məkanda hazır olaraq, bu layihənin icra əməliyyatının başlanmasına göstəriş verib və beləliklə də Ərdəbil ölkədə əsas mis istehsalçıları sırasına qoşulub.

Ərdəbil valisi də sənaye və mədən sahəsində investisiya qoyuluşunun sərvət qazanmaq və məşğulluq yaratmaq üçün əsas sektor kimi xarakterizə edib.

Meşkinşəhr Çapar adlı ağır yük maşınlarının istehsal xəttini işə salmaqla gündəlik orta hesabla 50 dənə yük maşını istehsal və bazara təqdim etmək niyyətindədir.

Teqlər