Uranın 20 faizlik zənginləşdirilməsi nüvə anlaşmasının bitməsi demək deyildir
İran xarici işlər nazirinin siyasi müavini bildirib ki, İran İslam Şurası Məclisinin qərarlarına əsasən, 20 faizlik zənginləşdirmə həyata keçirilib.
SəhərAzəri xəbər verir, onun sözlərinə görə, İranın öhdəliklərinin azalması nüvə anlamasına əsasən baş verib və bu məsələ nüvə anlaşmasının bitməsi demək deyildir.
«Fordo» təsisatlarında 20 faizlik zənginləşdirmənin həyata keçirilməsinin ardınca Seyyed Əbbas Əraqçi İranın 2-ci telekanalının xüsusi dialoq proqramında belə deyib: Bütün bu proses, Beynəlxalq Atom Enerjisi Agentliyinin məlumatlandırılması və İranın MAQATE müahidəsindəki öhdəliklərinə əsaslanan anket nümunəsinin təhvil verilməsi kimi ilkin addımların atılmasından sonra həyata keçibdir.
Əraqçi bildirib ki, avropalılar nüvə anlaşması üzrə öhdəliklərindəki acizliklərini göstərdilər və onlar İranın nüvə anlaşmasındakı mənfəətlərdən istifadə etməsi üçün zəmanət verə bilmədilər.
O, sonra söyləyib: Əgər qarşı tərəflər öz öhdəliklərinə əməl edə bilməzlərsə, biz bu məsələyə yenidən baxacağıq.
Əraqçi 20 faizlik zənginləşdirməyə göstərilmiş reaksiyalar, o sıradan/ «İranın bu addımı onun nüvə anlaşmasındakı öhdəliklərindən diqqətəlayiq şəkildə yayınması deməkdir» deyən/ Avropa Birliyi sözçüsünün ifadəsi ilə bağlı vurğulayıbdır ki, özlərini üzdəniraq «demokratiyanın beşiyi» hesab edən avropalıların İran İslam Şurası Məclisinin qərarının icra olunmasına irad tutmağa haqları yoxdur.
İran xarici işlər nazirinin siyasi müavini sonra bildirib ki, 20 faizlik zənginləşdirmənin yenidən başlanması həm NPT müahidəsinə, həm MAQATE paktına, həm də nüvə anlaşmasına əsasən, qanunidir.
O. sonra söyləyib: Hal-hazırda 20 faizdən çox zənginləşdirmə aparmağa ehtiyacımız yoxdur, amma əgər onun üçün bir ehtiyac tərif edilərsə, bu haqda yenidən qərar çıxarmaq olar.
Əraqçi sionist rejimin baş naziri Benyamin Netanyahunun 20 faizlik zənginləşdirmənin yenidən başlanmasına olan reaksiyası və İranın addımının onun hərbi nüvə sənayesinin inkişafı istiqamətində olmasına dair sözləri barədə isə belə deyib: Özü nüvə silahına malik olan bir rejim İranı nüvə silahının ardınca olmaqda ittiham edə bilməz.
İran İslam Respublikasının nüvə silahından imtinaya dair siyasətinin hələ də dəyişmədiyini vurğulayan Seyyed Əbbas Əraqçi vurğulayıb ki, İranın müdafiə-təhlükəsizlik hesablamalarında və dini etiqadlarında nüvə silahlarına yer yoxdur.