Pəhləvanlar pəhləvanı Təxtinin vəfatının 53-cü ildönümü
İran idmanının pəhləvanlıq əsatiri, pəhləvanlar pəhləvanı Qolamreza Təxtinin vəfatının 53-cü ildönümü mərasimi bu il koronavirus pandemiyasına görə, rəsmi şəkildə keçirilmədi.
SəhərAzəri xəbər verir, Pəhləvanlar pəhləvanının matəmi 53 illik oldu.
Bu pəhləvanı xalq qızıl və gümüş kimi rəngarəng medallarına görə deyil, güzəşti, insanlığı və amalına görə sevir.
Mərhum Təxti İran idmanının varlığına ruh bəxş etdi. Bu cəhətdən əgər İran diyarının idmanı dünyada nüfuz və müqəddəsliyə malikdirsə, məhz Təxtinin İranın çempionluq idmanına pəhləvanlıq ruhu bəxş etməsinə görədir.
Təxti pəhləvanlıq zəminini çempionluqdan üstün tutdu və xalqın ürəyində yer aldı.
Təxti hər vaxt bir iş görmək istəyərkən Allahı, mərhəməti və insafı nəzərə alardı.
Pəhləvanlar pəhləvanı hamının ürəyinin xoş olması üçün işlədi və hər şeydən keçdi.
Qolamreza Təxti üç çəki dərəcəsində medal qazanmağa müvəffəq olmuş ilk iranlı güləşçidir. O, həmçinin olimpiya oyunlarında İranın güləş tarixinin ən iftixarlı güləşçisidir. Təxtinin adı Dünya Birliyinin Korifeylər Salonunda iyirminci əsrin ən yaxşı güləşçilərindən biri olaraq qeydə alınıbdır.
Qolamreza Təxtinin adının bu illərdə yaşadılması göstərir ki, xalq heç vaxt əsl pəhləvanları unutmur.