Zərif: "Ürək ağrısı ilə Ukrayna təyyarəsi faciəsinin qurbanlarını anırıq"
İranın xarici işlər naziri Ukraynaya məxsus təyyarənin qəzaya uğramasının ildönümü ərəfəsində bi tvitdə yazıb: "752 saylı Uçuş faciəsi qurbanlarını ürək ağrısı ilə anırıq, heç nə əzizlərimizin itkisini kompensasiya edə bilməz".
SəhərAzəri FARS-a istinadən xəbər verir ki, İran İslam Respublikasının xarici işlər naziri Ukraynaya məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ərəfəsində heç bir şeyin əzizlərimizin itkisini kompensasiya edə bilmiyəcəyini bəyan edərək, əlavə edib: "Edə biləcəyimiz yeganə şey, beynəlxalq səviyyədə tanınmış qaydalara uyğun olaraq, təzminat ödəmək və günahkarları məsuliyyətə cəlb etməkdir".
Zərif sonda deyib: "Ədalət öz yerini tapacaq".
İranın xarici işlər naziri bundan əvvəl də öz İnstaqram səhifəsində bununla bağlı bir paylaşım edərək, yazıb: "2020-ci il 8 yanvarın səhər çağından və Ukrayna təyyarəsinin qəzaya uğraması, bu diyarın dahi övladlarının şəhadəti və günahsiz insanların qurban getməsindən bir il keçir; Hansı ki, bütün İranı matəmə qərq etdi".
Qeyd edək, 2020-ci il yanvarın 8-də Ukrayna Beynəlxalq Hava Yollarına məxsus sərnişin təyyarəsi Tehranın yaxınlığında səhvən və insan xətasına görə raketlə hədəfə alınıb və qəzaya uğradı, nəticədə göyərtəsində olan 167 sərnişin və 9 ekipah üzvünün hamısı həyatını itirdi.