Ruhani: "Qərb demokratiyası zəif və əsassızdır"
İran İslam Respublikası prezidenti ABŞ hadisələri və bu ölkə Konqresi binasına hücumu Qərb demokratiyasının zəif və əsassız olduğunun göstəricisi kimi dəyərləndirib.
SəhərAzəri xəbər verir, İran İslam Respublikası prezidenti Həsən Ruhani dünən gecə ABŞ-da baş verən hadisələr və Vaşinqtonda Konqres binasına hücuma toxunaraq, əlavə edib: "Bu hadisələr göstərdi ki, Qərb ölkələrində elm və texnologiyanın inkişafına baxmayaraq, populizm hələ də mövcuddur və populist bir insan 4 il boyunca ölkəsinin etibarı və imicinə xələl gətrdi".
"Sağlam olmayan bir adam (Donald Tramp) ABŞ-da hakimiyyəti ələ alaraq, ölkəsinin bütün dünya ilə münasibətində problem yaratdı, həm öz ölkəsinə, həm də Qərbi Asiyad regionuna, Fələstinə, Suriyaya, Yəmənə və dünyanın hər yerinə böyük zərbələr vurdu", İran prezidenti qeyd edib.
Ruhani ümidvarlıq edib ki, ABŞ Konqresindəki hadisələr bütün dünya üçün və iki həftədən sonra hakimiyyətə gələcək Ağ Evin növbəti hökmdarları üçün bir dərs olacaq.